Kanadalı üzgüçü dünya çempionatında yeni rekord müəyyən etdi
Kanadalı üzgüçü Sammer Makintoş dünya
çempionatında 400 metr məsafəyə sərbəst üsulla üzməkdə yeni rekord müəyyənləşdirib.
TodayPress xəbər verir ki, o, Macarıstanın
paytaxtı Budapeştdə baş tutan mundialda məsafəni 3 dəqiqə 50,25 saniyəyə başa
vurub.
Əvvəlki dünya rekordu (2022) Li Bingjieyə məxsus idi.
Çinli üzgüçü həmin məsafəni 3 dəqiqə 51,30 saniyəyə qət etmişdi.
Qeyd edək ki, 18 yaşlı Makintoş üçqat Olimpiya
çempionudur və Paris-2024-də gümüş medal qazanıb.
tag: Kanada, Üzgüçü, Rekord, Olimpiya,Paris-2024, todaypress.az,