Karateçimiz Gənclər Liqasında fərqləndı
Birləşmiş Ərəb Əmirliklərində karateçilər arasında Gənclər Liqasının birinci mərhələsi keçirilib.
TodayPress xəbər verir ki, Əl-Füceyrə turnirində Azərbaycan karateçisi də fərqlənib.
52 kq çəki dərəcəsində mübarizə aparan Dəniz Nəcəfli finala qədər irəliləyib. Həlledici görüşdə məğlub olan karateçimiz gümüş medalla kifayətlənib.
Namiq HUN
tag: BƏƏ,Karate,Gənclər Liqası,Dəniz Nəcəfli,todaypress.az,