Karlos Sayns GPDA-nın direktoru oldu

İdman

24.02.2025 19:30

2341

“Uilyams” komandasının pilotu Karlos Sayns Qran Pri Sürücüləri Assosiasiyasının (GPDA) yeni direktoru təyin edilib. 

TodayPress xəbər verir ki, o, vəzifəsini tərk edən Sebastyan Fettelin yerinə seçilib. 

GPDA “Formula 1” sürücülərinin maraqlarını təmsil edən təşkilatdır. 1961-ci ildə təsis edilən təşkilat əvvəllər əsasən təhlükəsizlik məsələlərinə baxırdı. 

2014-cü ildən Qran Pri Sürücüləri Assosiasiyasının fəaliyyəti genişlənib.

GPDA indi Formula 1-i təkmilləşdirməyə kömək etmək də daxil olmaqla,  texniki qaydalara əməl olunmasının təmin edilməsi, həmçinin yarışın əyləncəli keçirilməsi məsələləri ilə məşğul olur. 

Namiq HUN

tag: Uilyams,Karlos Sayns,Qran Pri ,GPDA,todaypress.az,