Keyta sabiq "Qarabağ"lılarla bir arada
"Liverpul"un sabiq futbolçusu Nabi Keytanın yeni klubu məlum olub.
TodayPress xəbər verir ki, o, Macarıstanın "Ferentsvaroş" klubuna keçib.
Budapeşt təmsilçisi son klubu "Verder" olan 29 yaşlı yarımmüdafiəçi ilə 2026-cı ilin iyununa qədər müqavilə imzalayıb.
Qeyd edək ki, "Ferentsvaroş"da "Qarabağ" klubunun sabiq futbolçuları Ovusu Kvabena və Kadi Borges də çıxış edir.
Namiq HUN
tag: Macarıstan, Klub,Sabiq ,Futbolçu ,Yarımmüdafiə ,todaypress.az,