Kimmix qərar verdi
PSJ Coşua Kimmixə top müqavilə təklkif edib.
TodayPress xəbər verir ki, Liqa 1 klubunun təklifinin təfərrüatları məlum olub.
Paris təmsilçisi “Bavariya”nın yarımmüdafiəçisinə yay transfer pəncərəsində pulsuz transferlə komandaya qoşulmaq təklifi edib.
Top müqavilə 2029-cu ilin yayına qədər nəzərdə tutulacaq. 30 yaşlı futbolçu PSJ-dən gələn təklifi nə qəbul, nə də rədd edib.
Belə ki, son 48 saat ərzində yarımmüdafiəçi ilə “Bavariya”nın idman direktoru Maks Eberl arasında söhbətlər olub və Coşua yenidən müqaviləni uzatmağa hazır olduğunu açıqlayıb.
Qeyd edək ki, Kimmix cari mövsüm Bundesliqada keçirdiyi 23 oyunda 1 qol vurub və 5 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: Coşua Kimmix ,Bavariya ,Müqavilə ,Almaniya, Mançester Siti, PSJ, Barselona, todaypress.az,