Kinin həyatı üçün təhlükə yoxdur
“Verona” klubu ilə matçda kəllə-beyin travması ilə xəstəxanaya aparılan “Fiorentina”nın futbolçusu Moise Kin artıq evə buraxılıb.
TodayPress Florensiya təmsilçisinə istinadən xəbər verir ki, onun vəziyyəti qənaətbəxşdir və müayinələr zamanı hücumçunun səhhətində heç bir fəsad aşkarlanmayıb.
Kinlə bağlı insident fevralın 23-də “Fiorentina”nın 0:1 hesabı ilə uduzduğu matçda baş verib.
Top uğrunda mübarizə aparan Moise müvazinətini itirib yıxılarkən “Verona”nın müdafiəçisi Pavel Davidoviçin dizi başına dəyib.
Tibbi yardımdan sonra hücumçu meydana qayıtsa da, oyun zamanı yenidən huşsuz vəziyyətdə yıxılıb.
Namiq HUN
tag: Verona,Klub,Təmsilçi,Fiorentina,Todaypress.az,