“Lion” baş məşqçisini itirə bilər
“Lion” futbol klubunun baş məşqçisi Paulu Fonsekanı ağır cəza gözləyir.
TodayPress xarici mətbuata istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis Liqa 1-in XXIV turunun “Brest”lə (1:0) oyununda referiyə qarşı qeyri-idman hərəkəti edib.
O, matçın ikinci hissəsində baş hakim Benua Milloya hücum edib. Referi isə Fonsekaya qırmızı vərəqə göstərib.
Fransa mətbuatı “Lion”un çalışdırıcısını 7 aylıq diskvalifikasiya gözlədiyi xəbərini yayıb.
Paulu Fonsekanın davranışını xüsusi komissiya araşdıracaq.
Namiq HUN
tag: Lion,Klub,Futbol,Məşqçi,Paulu Fonseka,todaypress.az,