Lyuis Hemilton “Ferrari”də ilk liderliyini qazandı

İdman

21.03.2025 19:25

1194

“Formula-1” üzrə dünya çempionatının Çin Qran-prisində sprint yarışı baş tutub. 

TodayPress xəbər verir ki, ilin ilk sprint yarışında “Ferrari” komandası yaxşı təsir bağışlayıb.

İtaliya təmsilçisinin britaniyalı pilotu Lyuis Hemilton ən yaxşı nəticə göstərib. O, ikinci olan niderlandlı Maks Ferstappeni 0.018 saniyə qabaqlayıb. İlk üçlüyü “Maklaren” komandasının pilotu Oskar Piastri tamamlayıb. Onun isə liderdən geriləməsi 0.080 saniyə təşkil edib.

Sprint təsnifatında komandaların nəticələri:

1. Lyuis Hemilton (“Ferrari”) - 1:30.849.

2. Maks Ferstappen (“Red Bull”) +0.018.

3. Oskar Piastri (“McLaren”) +0.080.

4. Şarl Lekler (“Ferrari”) +0.208.

5. Corc Rassel (“Mercedes”) +0.320.

6. Lando Norris (“McLaren”) +0.544.

7. Andrea Kimi Antonelli (“Mercedes”) +0.889.

8. Yuki Tsunoda (“Racing Bulls”) +0.924.

9. Aleksander Albon (“Uillyams”) +1.003.

10. Lens Stroll (“Aston Martin”) +1.133.


Namiq HUN

tag: Formula-1,İdman,Ferrari,Hamilton,todaypress.az,