Mahir Emreli: “Azarkeşlər burada məndən yaxşı nəticə gözləyirlər”

İdman

05.12.2024 15:45

2318

“Məni həmişə komandanın nəticəsi və 3 xal qazanması daha çox maraqlandırır”.

TodayPress xəbər verir ki, bunu Almaniyanın “Nürnberq” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli klubun rəsmi televiziyasına müsahibəsində deyib.

Hücumçu II Bundesliqa təmsilçisinin sosial şəbəkə hesablarında azərbaycanlıların çoxluq təşkil etməsinə toxunub:

“Almaniyada ölkəmizi təmsil edirik. Buna görə hər atdığımız addım önəmlidir. Həmişə ölkədən kənarda oynamaq, dünyaya bizim futbolçuları göstərmək, oyunçularımız üçün qapı açmaq arzum idi. Düşünürəm ki, ölkəmdəkilərin də mənə böyük ümidləri var. Onları məyus etməmək üçün əlimdən gələni etməyə çalışıram”.

Emreli XV turda, dekabrın 6-da səfərdə qarşılaşacaqları “Elversberq”lə oyun barədə danışıb:

“Rəqibi təhlil edirik. Bu matçda əlimizdən gələni edəcəyik. Fanatlarımız bizə gözəl motivasiya verirlər. Tərəfdarlarımız hara getməyimizdən asılı olmayaraq, bizə dəstək olur, şou göstərirlər”.

II Bundesliqa təmsilçisində 4 qola imza atan forvard “beşinci qolu nə vaxt vuracaqsınız” sualını da cavablandırıb:

“Məni həmişə komandanın nəticəsi və 3 xal qazanması daha çox maraqlandırır”.

Namiq HUN

tag: Şou ,Qol ,Almaniya ,Mahir Emreli, todaypress.az,