Makqreqor oktaqona dönəcəyi tarixi açıqladı
İki çəki dərəcəsində keçmiş UFC çempionu olan Konor Makqreqor oktaqona qayıtmağı planlaşdırdığını deyib.
TodayPress xəbər verir ki, "MMA News" bu barədə məlumat yayıb. Məşhur döyüşçü 2025-ci ildə qayıdacağını bildirib.
“Sadəcə bunu qəbul etməliyəm. 2025-ci ildə yenidən sizi sevindirəcəyəm. İndi isə işim yalnız idman zalında olmaqdan və formada qalmaqdan ibarətdir. Nə vaxt qayıtsam, 100% hazır olacağam" deyə Makqreqor qeyd edib.
Xatırladaq ki, Konor Makqreqorla Maykl Çendler arasındakı döyüş Beynəlxalq Döyüş Həftəsi çərçivəsində iyunun 29-da ABŞ-nin Las-Veqas şəhərində UFC 303 turnirində keçirilməli olsa da, sonradan ləğv edilib.
Namiq HUN
tag: Makreqor ,ABŞ ,Beynəlxalq Döyüş Həftəsi, Las-Veqas, UFC, todaypress.az,