“Mançester Siti” köklü dəyişikliklərə qərar verdi

İdman

21.02.2025 13:00

1924

“Mançester Siti” futbol klubu yenidən qurulacaq.   

TodayPress “Daily Star”a istinadən xəbər verir ki, rəhbərlik yayda komandanın əsas heyət üzvlərinin çoxu ilə vidalaşacaq.   

Yarımmüdafiəçilər Kevin De Brüyne, Bernardo Silva, İlkay Gündoğan, Mateo Kovacic, Cek Qriliş, müdafiəçi Con Stounz, qapıçı Ederson, cari mövsümün sonunda komandanı tərk edəcəklər.   

“Şəhərlilər” ümumilikdə 7 yaşlı futbolçu ilə yollarını ayıracaqlar.   

Qvardiola qış transferində komandaya gələn futbolçulardan Niko Qonzales, Abdukodir Xusanov, Ömər Marmus və Vitor Reyesə daha çox oyun vaxtı verməyi planlaşdırır.   

Namiq HUN

tag: Mançester Siti ,Futbol, Komanda ,Rəhbərlik,Todaypress.az,