Mbappe: “Mövsümdə 50 qol vura bilsəm, əladır”

İdman

21.02.2025 10:25

2286

“Real Madrid” klubunun futbolçusu Kilian Mbappe cari mövsüm komandası üçün vurduğu qolların sayını 50-yə çatdırmaq istədiyini deyib. 

TodayPress “kral klubu”nun mətbuat xidmətinə istinadən xəbər verir ki, fransalı hücumçu öz oyunu və komandası haqqında danışıb.

“Mən özümə tam güvənirəm. Mövsümdə 50 qol vura bilsəm, əladır. Mənim üçün “Qızıl top”un qalibi olmaqdansa, “Real”ın futbolçusu olmaq daha vacibdir”.

Qeyd edək ki, 26 yaşlı futbolçu cari mövsüm bütün turnirlərdə 37 matça çıxıb. O, bu görüşlərdə 27 qol vurub və 3 məhsuldar ötürmə edib. 

Kilian Mbappenin “Real”la hazırkı müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub. 

Namiq HUN

tag: Real Madrid,Kilian Mbappe,Qızıl top,Kral klubu,todaypress.az,