Mbappe PSJ-dən maaş və mükafatlarını tələb edir
“Real Madrid” klubunun hücumçusu Kilian Mbappe PSJ-nin maaş və mükafatlarını ödəməməsi ilə bağlı Fransa Peşəkar Futbol Liqasının (LFP) intizam komitəsinə müraciət edib.
TodayPress AFP-yə istinadən xəbər verir ki, Mbappenin şikayəti üzrə dinləmə dekabrın 11-də baş tutacaq.
PSJ klubunun rəhbərliyi Fransa Peşəkar Futbol Liqasının hüquq komitəsinin, daha sonra isə futbolçunun tərəfini tutan apellyasiya komitəsinin qərarına baxmayaraq, Mbappenin tələb etdiyi 55 milyon avronu ödəməkdən imtina edib.
Fransa Futbol Federasiyası da parislilərin müraciətini rədd edib.
Namiq HUN
tag: Real Madrid, Mbappe, PSJ, Fransa, todaypress.az,