Messi Bakıya gəldi
Dünya futbolunun əfsanəsi Lionel Messi və
komanda yoldaşları Bakıya gəliblər.
TodayPress xəbər verir ki, idmançıları daşıyan təyyarə
Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib. Hava limanında onları iş adamı
Adnan Əhmədzadə qarşılayıb.
Qeyd edək ki, ABŞ-nin “İnter Mayami” klubunun
futbolçuları – Lionel Messi, Luis Suares, Serxio Buskets və Xordi Alba dekabrın
11-də Bakı Kristal Zalında baş tutacaq görüşdə iştirak edəcəklər.
Tədbiri xüsusi musiqi atmosferi müşayiət edəcək. Bakı
Kristal Zalının səhnəsində dünya şöhrətli bəstəkar və müğənni Villi Uilyam
(Willy William) və məşhur “Morandi” qrupu çıxış edəcək. İştirakçılara enerjili
və yaddaqalan ritmlərlə musiqili proqram təqdim olunacaq.
Biletləri “iTicket.az” saytı və satış məntəqələrindən
əldə etmək olar. Bilet satışından əldə olunan vəsait xeyriyyə məqsədinə
yönəldiləcək.
tag: Futbol, Messi, Bakı, Adnan Əhmədzadə, Təyyarə, Bakı Kristal Zal, todaypress.az,