Messidən avtoqraf istəyən hakim cəzalandırıldı
KONKAKAF Çempionlar Kubokunun 1/16 final mərhələsində keçirilən “İnter Mayami” - “Sportinq Kanzas Siti” görüşündə Lionel Messidən avtoqraf istəyən hakim Marko Antonio Ortis Navanın cəzası məlum olub.
TodayPress ESPN-ə istinadən xəbər verir ki, referi 6 aylıq cəzalanıb.
Meksikalı hakim “İnter Mayami” - “Sportinq Kanzas Siti” matçının final fitindən sonra Messiyə yaxınlaşaraq əlilliyi olan qohumu üçün avtoqraf istəyib.
Hadisə ilə bağlı KONKAKAF-ın yaydığı açıqlamada hakimin hərəkətinin ədalət təmsilçilərinin davranış kodeksinə uyğun gəlmədiyi vurğulanıb.
Marko Antonio Ortis Nava səhvini etiraf edib və tətbiq olunan intizam tədbirini qəbul edib.
Namiq HUN
tag: Messi,Hakim,Avtoqraf,Cəza,Todaypress.az,