“Milan” bombardiri ilə yeni müqavilə imzaladı
“Milan” klubu yarımmüdafiəçisi Ticani Reynderslə yeni müqavilə imzalayıb.
TodayPress Milan təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, niderlandlı futbolçunun yeni sözləşməsi 2030-cu ilin yayına kimi nəzərdə tutulub.
Ötən il “AZ Alkmaar” klubundan transfer olunan Ticani cari mövsüm A Seriyasında vurduğu 8 qolla komandasının bombardiridir.
Ümumilikdə isə 26 yaşlı futbolçu bütün turnirlərdə meydana çıxdığı 40 matçda 12 qol vurub və 3 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: Milan,Klub,Ticani Reynders,Müqavilə,“AZ Alkmaar,todaypress.az,