Milli komanda FIBA reytinqində gerilədi
Kişi basketbolçulardan ibarət milli komandaların FIBA reytinqi açıqlanıb.
TodayPress xəbər verir ki, Azərbaycan yığması 74,7 xalla dünyada 116-cıdır.
Millimiz Avropa komandaları arasında 44-cüdür. Komandamız ötən reytinqlə müqayisədə 12 pillə geriləyib.
Belə geriləməyə DÇ-2027-nin Avropa zonası üzrə 1-ci seçmə mərhələsindəki məğlubiyyətlər səbəb olub.
Xatırladaq ki, millimiz İrlandiyaya 67:91, İsveçrəyə isə 55:85 hesabı ilə uduzub.
Qeyd edək ki, 160 yığmanın yer aldığı siyahıya 839 xalla ABŞ başçılıq edir.
Namiq HUN
tag: Milli, Avropa, Seçmə, Hesab, todaypress.az,