Milli Osiyekdə 10-cu oldu

İdman

03.03.2025 17:25

1463

Xorvatiyada gənc snayperlərin Avropa çempionatı start götürüb. 

TodayPress xəbər verir ki, 10 m məsafədən atəş açmaq üzrə Osiyek şəhərində keçirilən yarışda Azərbaycan güllə atıcıları da mübarizə aparırlar. 

Qızların fərdi turnirində təmsilçilərimiz final mərhələsinə yüksələ bilməyiblər. 

Leyli Əliyeva, Sofiya Barkalova və Əminə Ömərovadan ibarət yığmamız komanda yarışında 1666 xal toplayıb. Triomuz 10-cu yeri tutub.

Namiq HUN

tag: Xorvatiya,Avropa çempionatı,Osiyek,İdman,todaypress.az,