Milli seçmə mərhələlər tarixində ilk xalını qazandı
Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət yığma komandası Avropa çempionatının əsas seçmə mərhələsində ikinci matçına çıxıb.
TodayPress xəbər verir ki, millimiz bu dəfə Xorvatiya komandası ilə qarşılaşıb.
İlk hissəni komandamız Fariz Hüseynov və Ədalət Ələkbərovun qolları ilə qazanıb 2:1.
Fasilədən sonra meydan sahibləri oyunun sonuna yaxın hesabda önə keçsələr də, millimiz son hücumu qolla tamamlayaraq heç-heçəyə nail olub 3:3.
Nəticədə U-19 seçmə mərhələlər tarxində ilk xalını qazanıb.
Qeyd edək ki, millimiz ilk oyunda Bosniya və Herseqovina komandasına 2:10 hesabı ilə uduzub.
Namiq HUN
tag: Futzal,U19,Azərbaycan,Xorvatiya,Çempionat,Todaypress.az,