Milli Tbilisidə 6 medal qazandı

İdman

12.05.2025 15:40

19

Azərbaycanın parapauerliftinq üzrə yığma komandası Gürcüstanda keçirilən Dünya Kubokunu 6 medalla başa vurub. 

TodayPress Paralimpiya Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, medallardan üçü qızıl, digər üçü isə gümüşdür. 

Rəsul Zəkiyev (88 kq) bütün rəqiblərini geridə qoyaraq, biri gənclər arasında olmaqla iki qızıl medal qazanıb. 

Pərvin Məmmədov (49 kq) da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Onun aktivində həmçinin mundialın gümüş medalı da var. 

Talib Zeynalovla (+107 kq) Zəhra Dadaşovanın (61 kq) isə yarışdan qazancı gümüş medal olub.   

Namiq HUN

tag: Parapauerliftinq ,Gürcüstan,Kubok,Milli,Todaypress.az,