Millimiz İnkişaf Kubokunda 4-cü yeri tutdu

İdman

21.02.2025 16:23

2509

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf Kubokunda son matçına çıxıb.

TodayPress xəbər verir ki, millimiz üçüncü yer uğrunda görüşdə Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. 

İlk yarıda qol buraxan komandamız fasilədən sonra hesaba tarazlıq gətirib. Lakin matçın sonlarında daha bir qol vuran Özbəkistan yığması 2:1 hesablı qələbə qazanıb. 

Nəticədə millimiz turniri 4-cü yerdə başa vurub.

Qeyd edək ki, Azərbaycan millisi qrup mərhələsində Rusiyaya (0:3) uduzub, İran (1:0) və Qazaxıstana (2:1) isə  qalib gəlib.

Namiq HUN

tag: Futbol,Azərbaycan millisi,Belarus,Minsk, İnkişaf Kuboku,todaypress.az,