Millimiz Kosovoya uduzdu

İdman

21.02.2025 09:20

941

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi DÇ-2027-nin Avropa zonası üzrə 1-ci seçmə mərhələsində son səfər matçına çıxıb.

TodayPress xəbər verir ki, komandamız Kosovo yığmasının qonağı olub. 

Millimiz Bakıda məğlub etdiyi kosovalı basketbolçularla Priştina qarşılaşmasına yaxşı baslasa da, sonradan oyunda təşəbbüsü əldən verib. Meydan sahibləri hesabda önə keçərək 81:79 hesablı qələbə qazanıblar. Məğlubiyyət nəticəsində yığmamız qrupda sonuncu pilləyə enib.

Qeyd edək ki, millimiz seçmə mərhələdə son oyununu fevralın 23-də Bakıda İrlandiyaya qarşı keçirəcək.

DÇ-2027-nin Avropa zonası üzrə 1-ci seçmə mərhələsi

A qrupu, V tur

Kosovo – Azərbaycan - 81:79 (20:21, 23:20, 17:18, 21:20)

Namiq HUN

tag: Basketbol,Milli,Kosova,Avropa,todaypress.az,