Millimiz Latviya ilə qarşılaşacaq
Futbol üzrə Azərbaycan yığma komandasının yoldaşlıq görüşü üçün daha bir rəqibi müəyyənləşib.
TodayPress xəbər verir ki, millimiz Latviya yığması ilə qarşılaşacaq.
Görüş iyunun 7-də Latviyanın paytaxtı Riqada baş tutacaq.
Qeyd edək ki, millimiz martın 25-də Belarus yığması ilə, iyunun 10-da isə Macarıstan seçməsi ilə yoldaşlıq görüşü keçirəcək.
Namiq HUN
tag: Futbol,Azərbaycan,Milli,Komanda,Latviya,todaypress.az,