Mudrikin dopinq testi müsbət çıxdı
“Çelsi” klubunun və Ukrayna millisinin futbolçusu Mixail Mudrikin dopinq testi müsbət çıxıb.
TodayPress xəbər verir ki, vingerin qanında qəbulu qadağan olunmuş maddə aşkarlanıb.
Mudrikdən təkrar test götürüləcək. Yenidən pozitiv nəticə olsa, o zaman futbolçu uzun müddətə futboldan diskvalifikasiya olunacaq.
Ukrayna millisinin üzvünün 4 illik cəza alacağı gözlənilir.
Qeyd edək ki, 23 yaşlı futbolçu 2023-cü ilin yanvarından 70 milyon avro qarşılığında “Çelsi”yə keçib. O, cari mövsüm bütün turnirlərdə 15 oyun keçirib, 3 qol vurub və 5 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: Ukrayna, Milli ,Pozitiv, Vinger, todaypress.az,