MY Niderland dəsti-xəttinə sadiq qaldı
“Mançester Yunayted” futbol klubu Erik Ten Haqla yoluna davam edəcək.
TodayPress İngiltərə klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, niderlandlı baş məşqçi ilə müqavilə uzadılıb.
Mütəxəssislə yeni anlaşma 2026-cı ilin yayına qədər nəzərdə tutulub. 2022-ci ilin yayından bu postu tutan 54 yaşlı məşqçi daha 2 il bu vəzifədə qalacaq.
Qeyd edək ki, “Mançester Yunayted” ötən mövsümdə Premyer Liqada 8-ci yeri tutub.
Namiq HUN
tag: Niderland, Mançester, Mütəxəssis, Premyer, Anlaşma, todaypress.az,