MY prioritet hədəfini açıqladı

İdman

03.03.2025 15:25

1549

Milanın “İnter” klubunun müdafiəçisi Federiko Dimarko İngiltərə çempionatında çıxış edə bilər.

TodayPress “Todofichajes”ə istinadən xəbər verir ki, “Mançester Yunayted” italiyalı futbolçunu heyətinə qatmaq istəyir. 

Dimarkonun transferi “qırmızı şeytanlar”ın yay transfer pəncərəsi üçün prioritet hədəfidir.

Daha əvvəl “Real Madrid” 27 yaşlı futbolçuya maraq göstərib. Lakin “İnter”də qalmağa üstünlük verən Dimarko təklifi rədd edib. 

Qeyd edək ki, Federiko cari möbsüm A Seriyasında 24 oyuna çıxıb. O, bu görüşlərdə 4 qol vurub və 4 məhsuldar ötürmə edib. 

Dimarkonun “İnter” ilə müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaq.

Namiq HUN

tag: İdman,Futbol,Milan,“İnter”,todaypress.az,