MY Reşfordu transferə çıxarır
"Mançester Yunayted" klubu futbolçusu Markus Reşfordu satmağa hazırdır.
TodayPress xəbər verir ki, "qırmızı şeytanlar" qış transfer dönəmində hücumçu üçün gələcək təklifləri dəyərləndirəcək.
Klub 27 yaşlı futbolçunu satmaqla oyunçulara verilən maaşa qənaət etmək niyyətindədir. Həmçinin "Mançester Yunayted" "maliyyə feyr-pleyi" qaydalarına da asanlıqla uyğunlaşa biləcək.
Qeyd edək ki, Markus Reşford cari mövsüm bütün turnirlərdə 23 oyuna çıxıb, 7 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Namiq HUN
tag: Mançester Yunayted,Markus Reşfordu,Qırmızı şeytanlar,todaypress.az,