Naydiç yenidən şahmat vətəndaşlığını dəyişdi
Şahmat üzrə Azərbaycan millisi ilə 2017-ci ildə komandalararası Avropa çempionatının qalibi olan Arkadi Naydiç yenidən vətəndaşlığını dəyişib.
TodayPress xəbər verir ki, o, bu dəfə Bolqarıstan tərəfindən milliləşdirilib.
Yığmamızdan ayrıldıqdan sonra bir müddət də Azərbaycan bayrağı altında oynamalı olan Naydiç artıq turnirlərdə Bolqarıstanı təmsil edəcək. Arkadi hazırda Dohada keçirilən “Qatar Masters” turnirində mübarizə aparır.
Qeyd edək ki, Arkadi Naydiç 2015-ci ildə milliləşdirilərək Azərbaycan yığmasına cəlb olunmuşdu. Qrossmeyster Azərbaycan Şahmat Federasiyası ilə müqaviləsini 2021-ci ildə qarşılıqlı razılıq əsasında pozub.
Namiq HUN
tag: Bolqarıstan ,Şahmat Federasiyası,Avropa, Komanda, todaypress.az,