Niderland məğlubiyyətdən qaçdı

İdman

11.09.2024 09:57

682

UEFA Millətlər Liqasının II turunun son oyun gününün mərkəzi qarşılaşması Amsterdamda keçirilib. 

TodayPress xəbər verir ki, A Liqasının 3-cü qrupunda Niderland millisi Almaniya komandası ilə münasibətlərinə aydınlıq gətirib. 

"Yohan Kroyff Arena"da keçirilən matç məhsuldar alınıb. Komandalar hərəyə iki  dəfə fərqləniblər. Dumfrisin qolu meydan sahiblərini məğlubiyyətdən qurtarıb 2:2.

B Liqasının 2-ci qrupunda yer alan İngiltərə yığma komandası turnirdə ardıcıl ikinci qələbəsini qazanıb. Millidə 100-cü oyununu keçirən Harri Keyn Finlandiya yığması ilə oyunda dublla yadda qalıb 2:0.

Namiq HUN

tag: Niderland ,Liqa, UEFA ,Yohan Kroyff Arena ,Qol, Dumfris, todaypress.az,