Olimpiadanın növbəti “qurbanı” jurnalistlər oldu

İdman

29.07.2024 14:12

1973

Paris Olimpiadasında xoşagəlməz hadisələr davam edir. 

TodayPress xəbər verir ki, Təşkilat Komitəsinin növbəti “qurbanları” jurnalistlər olub.

Fransalılar Rusiyanın TASS informasiya agentliyinin 4 əməkdaşının ləğvinə qərar verib. Onlardan üçü çap mediasının nümayəndəsi, biri fotomüxbirdir.

Təşkilat Komitəsi bu addımı Fransa rəhbərliyinin qərarı ilə izah edib. Media nümayəndələri ölkənin daxili təhlükəsizlik kodeksini pozduqları üçün akkreditasiyadan məhrum olunub. Onlar açılış mərasimindəki xoşagəlməz hadisələri işıqlandırdıqları üçün Olimpiadadan kənarlaşdırılıb.

Qeyd edək ki, təşkilatçılar yarışdan əvvəl də bəzi media nümayəndələrinə akkreditasiya verməməklə Olimpiadaya buraxmayıb.

Namiq HUN

tag: Olimpiada, Rusiya, Fransa, Təşkilat, Media, todaypress.az,