“Olimpiakos” tarix yazdı
Avrokuboklarda növbəti final oyunu keçirilib. TodayPress xəbər verir ki, Konfrans Liqasında mövsümün qalibi məlum olub.
Avropanın üçüncü dərəcəli klub turnirinin həlledici matçı Afinada baş tutub. Burada “Olimpiakos” “Fiorentina” ilə üz-üzə gəlib. Görüşü “Olimpiakos” əlavə vaxtda qazanıb. Pirey təmsilçisinə tarixində ilk Avropa titulunu qazandıran qolu El Kaabi vurub. Mərakeşli forvard həmçinin 11 qolla turnirin bombardiri olub. “Fiorentina” ardıcıl 2-ci dəfə Konfrans Liqasının finalında uduzub.
Qeyd edək ki, 3-cü dəfə təşkil olunan turnirin baş mükafatını əvvəlki illərdə “Roma” (2021/22) və “Vest Hem” (2022/23) qazanıb.
Konfrans Liqası
Final
29 may
23:00. “Olimpiakos” – “Fiorentina” - 0:0, 1:0 ə.v.
Qol: El Kaabi, 116
Baş hakim: Artur Diaş (Portuqaliya)
tag: Football,İdman,Olimpiakos,Konfrans Liqası,