Olimpiya çempionu yarışlardan imtina etdi

İdman

09.08.2024 12:35

1150

ABŞ-li atlet Noa Layls Olimpiadada mübarizəni başa vurub. 

TodayPress xəbər verir ki, buna səbəb onun koronavirusa yoluxmasıdır. 

Bu barədə idmançı özü açıqlama verib: 

“Hər kəsə təşəkkür edirəm, amma burada çıxışımı başa vurmalıyam. Olimpiadadan zövq aldım”. 

Qeyd edək ki, Noa Layls 100 metr məsafəyə qaçışda qızıl, 200 metrdə isə bürünc qazanıb.

tag: Paris,Noa Layls, ABŞ,Koronavirus, Olimpiya Çempionu, todaypress.az,