Premyer Liqa: "Qarabağ" "Sumqayıt"a böyük hesabla qalib gəldi
"Qarabağ" Premyer Liqada
"Sumqayıt"a böyük hesabla qalib gəlib.
TodayPress-in məlumatına görə, XVII turun son oyunu Tofiq
Bəhramov adına Respublika stadionunda keçirilib.
Matç "köhlən atlar"ın 5:0 hesablı qələbəsi ilə
yekunlaşıb.
Ağdam təmsilçisinin heyətində Musa Qurbanlı (7, 33),
Nəriman Axundzadə (45+1), Redon Cica (75) və Toral Bayramov (90+1) fərqlənib.
Bu nəticə ilə Qurban Qurbanovun rəhbərlik etdiyi
kollektiv 41 xalla turnir cədvəlinin birinci sırasına yüksəlib. "Gənclik
şəhəri" təmsilçisi isə 19 xalla altıncı pillədə qərarlaşıb.
Qeyd edək ki, turun daha əvvəl keçirilən oyunlarında
“Sabah” “Araz-Naxçıvan”ı 1:0, "Neftçi" "Kəpəz"i 2:1 hesabı
ilə məğlub edib. “Şamaxı” - “Səbail” və “Zirə” - “Turan Tovuz” görüşləri isə
qolsuz bitib.
tag: Qarabağ, Ağdam, Sumqayıt, Liqa, Qurban Qurbanov, Nəriman Axundzadə, todaypress.az,