PSJ əməkdaşlarına sürpriz edəcək

İdman

10.05.2025 11:50

17

PSJ-nin prezidenti Nasser Al-Xelaifi klubun bütün 600 işçisini mayın 31-də Münhendə keçiriləcək UEFA Çempionlar Liqasının finalına pulsuz biletlərlə mükafatlandıracaq.   

TodayPress xəbər verir ki, Paris təmsilçisi biletlərdən əlavə işçilərin yol və yaşayış xərclərini tam ödəyəcək.

Klub rəhbərliyi həmçinin onlara əsas komanda oyunçularının aldığı bonusların bir hissəsini də verəcək. 

Əl-Xelaifi kollektivə müraciətində klubun uğurlarının bütün şöbələrin və hər bir işçinin birgə əməyinin nəticəsi olduğunu qeyd edib.

O, PSJ-nin vahid məqsədlə birləşən böyük ailə olduğunu vurğulayıb.   

Namiq HUN

tag: PSJ,Nasser Al-Xelaifi,Əməkdaşlar,Sürpriz,Todaypress.az,