“Qalatasaray” “Fənərbağça”nı səfərdə məğlub edərək yarımfinala yüksəldi

İdman

03.04.2025 00:17

1241

Futbol üzrə Türkiyə Kubokunda 1/4 final mərhələsinin daha iki görüşü keçirilib.

TodayPress  xəbər verir ki, günün ilk oyunu “Trabzonspor”la “Bodrumspor” arasında olub. Qarşılaşma Qara dəniz təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.


Kubokun mərkəzi görüşü isə İstanbulda oynanılıb. Tarixi derbidə “Fənərbağça” əzəli rəqibi “Qalatasaray”la qarşılaşıb. Matç "cim-bom"un 2:1 hesablı üstünlüyü ilə bitib.

 

tag: Qalatasaray, Futbol, Türkiyə, Bodrumspor, Qara Dəniz, todaypress.az,