“Qalatasaray” “Fənərbağça”ya qarşı

İdman

24.02.2025 10:34

2526

Bu gün futbol üzrə Türkiyə çempionatında İstanbul derbisi keçiriləcək.

TodayPress xəbər verir ki, Super Liqanın XXV turunda “Qalatasaray” “Fənərbağça”nı qəbul edəcək. 

Bu komandaların son görüşündə "Qalatasaray" 3:1 hesablı qələbə qazanıb. 

“Rams Park” qarşılaşmasını sloveniyalı referi Slavko Vinçiç idarə edəcək.

Matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Namiq HUN

tag: Qalatasaray,Fənərbağça,Derbi,Türkiyə,Futbol,todaypress.az,