“Qarabağ” Avropa nəhənglərini kölgədə qoydu
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası dünya klublarının reytinqini açıqlayıb.
TodayPress xəbər verir ki, Azərbaycan klublarının da Avropadakı mövqeləri məlum olub.
“Qarabağ” 177,5 xalla Avropanın 45-cisidir. Azərbaycan çempionu sıralamada Avropa Liqasında uduzduğu “Tottenhem” və “Lion” klublarını qabaqlayır.
Avropanın “Monako”, “Anderlext”, “Beşiktaş”, “Napoli”, “Betis”, “Leypsiq”, “Brest” və “Jirona” kimi komandalar da reytinqdə aşağı sıralarda yer alıblar.
Azərbaycanın digər klublarından, hesabında 94,25 xalı olan “Zirə” 126-cı, 62,5 xala malik “Sabah” 237-ci sırada qərarlaşıb.
Siyahıda debüt edən “Turan Tovuz” 53,75 xalla qitənin 284-cü komandasıdır.
Qeyd edək ki, “Qarabağ” dünya reytinqində 67-ci, “Zirə” 219-cu, “Sabah” 409-cu, “Turan Tovuz” isə 496-cı yerdədir.
Namiq HUN
tag: Beynəlxalq Futbol Tarixi,Statistikaları Federasiyası,Qarabağ,Azərbaycan ,todaypress.az,