“Qarabağ” rəsmən Avropada

İdman

31.03.2025 11:37

1507

“Qarabağ” futbol klubunun Azərbaycanı avrokuboklarda təmsil edəcəyi dəqiqləşib.   

TodayPress xəbər verir ki, Ağdam təmsilçisi Premyer Liqanın XXVIII turunda adını rəsmən 2025/26 mövsümündə qitə arenasına çıxacaq komandalar sırasına yazdırıb.   

“Qarabağ” xal sayını 67-yə yüksəltməklə ilk üçlükdə yerini təmin edib.

“Köhlən atlar” tarixinin 19-cu mükafatının astanasındadır. 12-ci çempionluğa doğru gedən komanda 2-ci pillədən 12 xal öndədir. 

 Namiq HUN

tag: Qarabağ,Futbol,Klub,Premyer Liqa,Todaypress.az,