“Qarabağ”ın büdcəsi açıqlandı

İdman

12.05.2025 16:20

31

“Qarabağ” Futbol Klubunun 2024-cü il üçün ümumi gəlirləri məlum olub.   

TodayPress xəbər verir ki, klubun maliyyə hesabatında ötən il üçün Ağdam təmsilçisinin ümumi büdcəsinin 34 milyon 753.8 min manat təşkil etdiyi qeyd olunub.   

Nümayiş hüququndan daxilolmalar 28 milyon 154.8 min manat, sponsor daxilolmaları - reklam gəlirləri 466.1 min manat, bilet satışından gəlirlər 1 milyon 741.9 min manat, sair gəlirlər 831 min manat, Futbol İnkişafı Fondundan daxilolmalar isə 3 milyon 560 min manat təşkil edib. 

Ötən il əmək haqqı və mükafat xərcləri 20 milyon 648,3 min manat olub. 

Azərbaycan çempionu 2024-cü ili 876,9 min manat zərərlə başa vurub. 

Namiq HUN

tag: Qarabağ,Klub,Büdcə,Gəlir,Xərc,Todaypress.az,