Qayda pozuntusu atletə baha başa gəldi
Hündürlüyə tullanan Mixail Akimenko antidopinq qaydalarını pozduğuna görə bir il müddətinə diskvalifikasiya edilib.
TodayPress xəbər verir ki, rusiyalı idmançı harada olması barədə məlumatın verilməsi prosedurunu pozub.
Bununla yanaşı, Akimenkonun 2023-cü ilin oktyabrından bəri əldə etdiyi bütün nəticələr ləğv edilib.
Mixail 2019-cu ildə keçirilən dünya çempionatının gümüş mükafatçısı olub.
Namiq HUN
tag: Qayda Pozuntusu ,Mixail Akimenko ,Qaydalar ,Rusiyalı ,Çempionat ,todaypress.az,