Qətərli iş adamı nüfuzunu artırır

İdman

28.03.2025 09:40

2599

PSJ-nin sahibi Nasser Al-Xelaifi "Malaqa" futbol klubuna maraq göstərir.   

TodayPress xəbər verir ki, qətərli iş adamının rəhbərlik etdiyi Qatar Sports Investments (QSI) şirkəti İspaniya təmsilçisinin satin alınması istiqamətində danışıqlara başlayıb. 

Malaqa klubunun səhmələri “Bluebay” daşınmaz əmlak şirkətinə və qətərli biznesmen Abdullah Al Taniyə məxsusdur.

Sövdələşmənin dəyərinin 100 milyon avro olacağı gözlənilir. 

Qeyd edək ki, “Malaqa” klubu 2-ci Liqada mübarizə aparır.

Eyniadlı şəhərin təmsilçisi cari mövsümün 32 turundan sonra 42 xalla 15-ci pillədə qərarlaşıb.   

Namiq HUN

tag: Nasser Al-Xelaifi,PSJ,Futbol,Malaqa,Todaypress.az,