Qvardiola ərəblərdən iş təklifi aldı
“Mançester Siti” klubunun csi Pep Qvardiola mövsümün sonunda komandanı tərk edə bilər.
TodayPress xəbər verir ki, ispaniyalı mütəxəssisin fəaliyyətini Səudiyyə Ərəbistanında davam etdirəcəyi ehtimal edilir.
Ölkənin adı açıqlanmayan klublarından biri Qvardiolaya iş təklif edib.
O, İngiltərə klubundakı maaşından daha yüksək məbləğ alacaq.
54 yaşlı mütəxəssis 2016-cı ilin yayından “Mançester Siti”də çalışır. Onun “şəhərlilər”lə hazırkı müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonunda başa çatacaq.
Namiq HUN
tag: Mançester Siti,Baş məşqçi,Pep Qvardiola,Komanda,todaypress.az,