Qvardiola klubda restrukturizasiyaya başlayır
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola komandasının üç ulduzundan xilas olmaq istəyir.
TodayPress “El Nacional”a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis klubda genişmiqyaslı restrukturizasiya aparmağı planlaşdırır.
Qvardiola Kevin de Brüyne, Bernardo Silva və İlkay Gündoğanla yollarını ayırmaq istəyir. O, futbolçuların satışlarının prosesi sürətləndirməyə kömək edəcəyinə inanır.
“Şəhərli” Fil Fodenin də komandadakı gələcəyi sual altındadır. Mançester təmsilçisi 150 milyon avroya onunla vidalaşmağa hazırdır.
“Real Madrid” və “Bavariya” Fodenlə maraqlanır.
Namiq HUN
tag: Mançester Siti,Xosep Qvardiola ,Komanda,Klub,Todaypress.az,