Qvineyalı forvard Avropanı ayağa qaldırdı

İdman

03.03.2025 14:25

2874

“Zirə” klubunun futbolçusu Salifu Suma komandanı tərk etməyə yaxındır.

TodayPress xəbər verir ki, “Fənərbağça”, “Beşiktaş” və “Monako” klubu  cinah oyunçusuna müştəri çıxıb.

Hücumçu ilə Türkiyə nəhəngləri yaxından maraqlanır. 

“Fənərbağça” və “Beşiktaş” futbolçu üçün “Zirə” ilə əlaqəyə də keçiblər.

Lakin hələ nə “sarı-lacivərdlilər”, nə də “Qara qartal” Salifu üçün “Zirə”yə rəsmi təklif göndərməyiblər. 

“Monako” isə hələ gözləmə mövqeyindədir.

Qeyd edək ki, Kiyev “Dinamo”su forvard üçün "Zirə"yə 1 milyon avro təklif edib. Amma "qartallar" Sumanı bu məbləğə buraxmaq niyyətində deyil. Klub qvineyalı futbolçunun keçidindən 1,5 milyon avro qazanmağı planlaşdırır. 

Hazırda ukraynalılar Suma üçün yeni təklif hazırlayırlar.

Qeyd edək ki, Sumanın “Zirə”  ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.

( Apasport.az )

Namiq HUN

tag: İdman,“Zirə”,Futbol,Salifu Suma,todaypress.az,