Ramos Meksikada qol sayını açdı

İdman

03.03.2025 13:45

2066

“Monterrey” klubunda çıxış edən ispaniyalı müdafiəçi Serxio Ramos Meksika çempionatında ilk qolunu vurub.   

TodayPress xəbər verir ki, 38 yaşlı futbolçu ölkə çempionatının X turunda “Santos Laquna” klubu ilə görüşdə fərqlənib.   

Oyun “Monterrey”in 4:2 hesablı qələbəsi ilə başa çatıb.   

Xatırladaq ki, Serxio Ramos futbolçu karyerasında “Monterrey”dən daha əvvəl “Sevilya”, "Real Madrid" və PSJ klublarının formasını geyinib.   

Namiq HUN

tag: Serxio Ramos,Meksika,Monterrey,Futbol,Klub,Qol,Todaypress.az,