Rauf Məmmədov mundialda at oynadacaq

İdman

12.05.2025 15:20

33

 FIDE dünya çempionatına qatılacaq komandaları təsdiqləyib.   

TodayPress xəbər verir ki, iyunun 10-dan 16-dək Londonda sürətli və blits üzrə dünya çempionatında 60 komanda iştirak edəcək. 

Yarışda “Freedom” komandasını təmsil edən azərbaycanlı qrossmeyster Rauf Məmmədov da mübarizə aparacaq. 

Onunla eyni heyətdə Vişvanatan Anand (Hindistan), Le Kuanq Liom (Vyetnam), Anna Muzıçuk (Ukrayna) kimi təcrübəli şahmatçılar da yer alacaqlar. 

Qeyd edək ki, turnirə, həmçinin Alireza Firuzja, Maksim Vaşye-Laqrav (hər ikisi Fransa), Hikaru Nakamura, Uesli So (hər ikisi ABŞ), Yan-Kşiştof Duda (Polşa), Hou Yifan (Çin) və Aleksandra Kostenyuk (İsveçrə) kimi zəka sahibləri də qatılacaq.   

Namiq HUN

tag: Rauf Məmmədov,FİDE,Şahmat,Mundial,Todaypress.az,