“Real” futbolçulara çatacaq mükafatı açıqladı

İdman

31.03.2025 13:11

1967

“Real Madrid” klubunun cari mövsüm 6 turnirdə qalib gələcəyi təqdirdə, futbolçulara ödəyəcəyi mükafatın məbləği açıqlanıb.   

TodayPress xəbər verir ki, “kral klubu” oyunçulara 80 milyon avro bonus ödəyəcək. 

“Real” artıq 6 turnirdən ikisini, UEFA Superkubokunu və Qitələrarası Kuboku qazanıb.

Komanda hazırda UEFA Çempionlar Liqasında, La Liqada və İspaniya Kuboku uğrunda turnirdə mübarizəni davam etdirir.

İyun ayında isə “Real” klublararası dünya çempionatında iştirak edəcək. 

Namiq HUN

tag: Real Madrid,Futbolçu,Mükafat,Bonus,Todaypress.az,