"Real Madrid" Uilyam Salibanı "Arsenal"dan 100 milyon avroya almaq istəyir
İspaniya
çempionu və Çempionlar Liqasının qalibi "Real Madrid" İngiltərə
ikincisi "Arsenal"dan 24 yaşlı fransalı müdafiəçi Uilyam Salibanın
transferi üçün 100 milyon avro ödəməyə hazırdır.
TodayPress xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilir ki,
"Arsenal" Salibanı satmaq istəmir və onunla yeni müqavilə imzalamağa
çalışacaq.
Bu mövsüm o,
ispaniyalı Mikel Artetanın rəhbərlik etdiyi komandada 39 oyun keçirib, 2 qol
vurub.
"Transfermarkt"
onun transfer dəyərini 80 milyon avro qiymətləndirir.
tag: Madrid, Arsenal, Saliban,Transfer, Dollar, Milyon, todaypress.az,