“Real” müdafiəçisi ilə vidalaşacaq

İdman

27.02.2025 10:46

941

“Real Madrid” klubunun futbolçusu Xesus Valyexo sıradan çıxıb.   

TodayPress xəbər verir ki, ispaniyalı müdafiəçi bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq. 

“Kral klubu” futbolçunun xroniki əzələ zədələrinə görə onunla yollarını ayırmaq niyyətindədir.   Valyexonun yayda müqaviləsi bitəcək və o, azad agent statusunda klubu tərk edəcək.   

Qeyd edək ki, 2015-ci ildən “Real”ın şərəfini qoruyan 28 yaşlı müdafiəçi cari mövsüm cəmi 1 oyuna çıxıb.     

Namiq HUN  

tag: Real Madrid,Xesus Valyexo ,Kral klubu,Real,Todaypress.az,