“Real” yay planını açıqladı
“Bayer 04” klubunun baş məşqçisi Xabi Alonso klublararası dünya şempionatı başlamazdan əvvəl “Real Madrid”I çalışdırmağa başlayacaq.
TodayPress “El Chiringuito TV”-yə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis iyunun 1-də “kral klubu”na baş məşqçi təyin olunacaq.
Onunla birlikdə “Real”a üç yeni futbolçu qoşulacaq. Bunlar Trent Aleksander-Arnoldla yanaşı, mərkəz və sol cinah müdafiəçiləri olacaq.
Qeyd edək ki, klublararası dünya çempionatı 14 iyun - 13 iyul tarixlərində ABŞ-də keçiriləcək.
Namiq HUN
tag: Real Madrid,Yay Planı,Qərar,Klub,Todaypress.az,